
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın əvvəlində, Ramazan ayının ilk günündə Suriyaya səfər edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Doğan Şentürkə istinadla “Now” telekanalı məlumat yayıb.
“Telejurnalist Doğan Şentürk Türkiyənin hakim partiyasından məlumat aldığını bildirib. Ərdoğan Ramazan ayının ilk iftarını Dəməşqdə açacaq. O, ilk namazını da Əməvi məscidində qılacaq”, - telekanal xəbər verib.
Qeyd edək ki, bundan əvvəl Suriyaya Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Suriyaya səfər ediblər.