Rusiya və ABŞ arasında yeni görüş keçiriləcək


Rusiya və Amerika arasında nçvbəti görüş keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkov “RİA Novosti”yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, görüş iki həftə ərzində baş tutacaq. Görüşün bu dəfə görüş ekspertlər səviyyəsində baş tutması gözlənilir.
“Müavinlər səviyyəsində görüşdən əvvəl müvafiq departamentlərin rəhbərləri arasında məsləhətçi təmaslar keçiriləcək. Və onların görüşü yaxın iki həftə ərzində baş tuta bilər”, - deyə diplomat bildirib.
XİN rəhbərinin müavini həmçinin, hazırda görüşün yerinin razılaşdırıldığını, ancaq onun üçüncü ölkədə baş tutacağının artıq məlum olduğunu bildirib.
Ryabkovun sözlərinə görə, müzakirə predmeti ikitərəfli münasibətlərdə problemli faktorlar məsələsi olacaq.
Qeyd edək ki, fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya və ABŞ nümayəndələrinin görüşü baş tutub.
Rusiyanı danışıqlar masasında xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov, ABŞ-ni isə prezidentin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts, dövlət katibi Marko Rubio və Amerika liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff təmsil edib.
İclasda iqtisadi məsələlərin müzakirəsi zamanı Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iştirak edib.
Görüş bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpasına, o cümlədən Ukrayna nizamlanması üzrə mümkün təmasların hazırlanmasına və iki ölkə prezidentləri arasında görüşlərin təşkil edilməsinə həsr olunub.

DİGƏR XƏBƏRLƏR

Top