
Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 4000 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, həmin evdə kirayəşin kimi yaşayan 33 yaşlı O.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalar aparılır.