Aptekdən oğurluq etdi – Saxlanıldı


Fevralın 22-də Binəqədi rayonu ərazisində yerləşən apteklərin birindən 500 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 27 yaşlı S.Bəkirov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top