
ABŞ son 15 ildə ilk dəfə məhbusun güllələnmə üsulu ilə edamını həyata keçirəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Cənubi Karolinadan olan 67 yaşlı məhbus Bred Siqmon bu edam üsulunu özü seçib.
Agentliyin məlumatına görə, edam martın 7-nə təyin edilib.
1976-cı ildən bəri ABŞ-də cəmi üç məhbus güllənərək edam edilib. Hər üç hadisə Yuta ştatında baş verib.
Xəbərin müəllifləri qeyd edirlər ki, Siqmon stula bağlanacaq, başına başlıq taxılacaq və ürəyinə hədəf qoyulacaq. Üç könüllü ona atəş açacaq.