
ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunu vəzifəsindən azad edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə cümə günü “Truth Social” sosial şəbəkə hesabında yazıb.
“Mən general Çarlz Brauna ölkəmizə 40 ildən artıq xidmətinə, o cümlədən Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kimi fəaliyyətinə görə təşəkkür etmək istəyirəm. O, gözəl centlmen və görkəmli liderdir, ona və ailəsinə böyük gələcək arzulayıram”, - Ağ Evin aparıcısı deyib.
O, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin generalı Den Keyni bu vəzifəyə namizəd kimi irəli sürdüyünü bildirib.
“General Keyn təcrübəli pilot, milli təhlükəsizlik üzrə ekspert, uğurlu sahibkar və idarələrarası və xüsusi əməliyyatlarda əhəmiyyətli təcrübəyə malik “döyüşçüdür””, - Tramp əlavə edib.