
“ABŞ Prezidenti Donald Tramp Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək paradda iştirak edə bilər”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Point” jurnalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Nəşr Trampın mayın 9-da Moskvaya səfər edəcəyini və Rusiya lideri Vladimir Putinlə görüşəcəyini ehtimal edir.
Qeyd edək ki, daha öncə Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, telefon danışığı zamanı Rusiya və ABŞ prezidentləri şəxsi təmasları davam etdirmək, xüsusən də görüş təşkil etmək barədə razılığa gəliblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, iki ölkə liderləri arasında görüş barədə məlumat əldə olunan kimi operativ şəkildə veriləcək.