
Gələn həftə “GPT-4.5”in yeniləməsi təqdim edilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Microsoft”dakı mənbəyə istinadən “The Verge”nin köşə yazarı Tom Uorren məlumat yayıb.
Bildirilib ki, “OpenAI”nin əsas investoru, texnoloji nəhəng “Microsoft”, fevralın son həftəsində baş tutacağı ehtimal edilən “GPT-4.5” yeniləməsini işə salmaq üçün öz serverlərini hazırlayır. Həmçinin bildirilir ki, növbəti nəsil “GPT-5” modeli 2025-ci ilin may ayının sonunda buraxıla bilər.
Qeyd edək ki, daha əvvəl “OpenAI”nin CEO-su Sem Altman bildirib ki, qarşıdan gələn “GPT-4.5” yeniləməsi dərin düşünmə texnologiyası olmadan işləyəcək son model olacaq.