Messidən avtoqraf istəyən arbitr cəzalandırıldı


Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) Çempionlar Kubokunun “İnter Mayami” - “Kanzas Siti” matçından sonra Messidən avtoqraf istəyən arbitr Marko Antonio Ortiz Navanı cəzalandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Bildirilib ki, hakim 37 yaşlı argentinalıdan ailə üzvlərindən biri üçün avtoqraf istəyib.
“Matçdan sonra arbitrın davranışı yarış rəsmilərinin davranış kodeksinə uyğun deyildi. Hakim öz səhvini etiraf etdi, baş vermiş hadisəyə görə üzr istədi və intizam tədbirlərini qəbul etdi”, - CONCACAF-dan bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top