
““Oreşnik” sistemlərindəki döyüş başlıqları Günəşin səthindəki temperatura bərabər olan temperaturlara tab gətirə bilir”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Gələcək Texnologiyalar Forumunun plenar iclasında çıxışı zamanı deyib.
“Bütün dünya “Oreşnik”dən danışır. Bəs o hansı materiallardan hazırlanıb? Bu döyüş başlıqlarının temperaturu Günəşin temperaturuna uyğundur. Günəşin səthindəki temperatura. Biz başa düşürük ki, 80-ci illərdən biz uçan raketin sürüşmə bloku üçün sistemlər hazırlayırdıq. Biz bunu “Avanqard” adlandırırdıq. Günəşin səthindəki temperaturdan az idi”, - o deyib.
Putin xatırladıb ki, 80-ci illərin sonlarında onlar belə sistemlər yaratmaq barədə düşünürdülər:
“Edə bilmədilər, çünki material yox idi. Problem bu idi. uçur və əriyir, “eskimo” kimi. Və idarəetmə siqnalı keçir. Yeni inkişaflar yeni materiallar üzərində işin nəticəsidir”.