
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Yeniavaz.com xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən ölkəmizdə də kifayət qədər azarkeş kütləsi olan Türkiyənin “Fənərbağça” klubunun rəqibi Şotlandiya “Reyncers”i olub.
UEFA Avropa Liqasında 1/8 finalın cütləri belə olub:
“Budyo Qlimt” (Norveç) - “Olimpiakos” (Yunanıstan);
“Fənərbağça” (Türkiyə) - “Reyncers” (Şotlandiya);
“Ayaks” (Niderland) - “Ayntraxt” (Almaniya);
FCSB (Rumıniya) - “Lion” (Fransa);
AZ (Niderland) - “Tottenhem” (İngiltərə);
“Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə);
“Viktoriya” (Çexiya) - “Latsio” (İtaliya);
“Roma” (İtaliya) - “Atletik” (İspaniya).
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 6-da və 13-də keçiriləcək.