
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Yeniavaz.com xəbər verir ki, püşkatma nəticəsində eyni ölkəni təmsil edən klublar bir-birlərinə rəqib olub.
Belə ki, Almaniya təmsilçiləri “Bavariya” və “Bayer 04”, həmçinin İspaniya təmsilçiləri “Real” və “Atletiko” bu mərhələdə üz-üzə gələcəklər.
Çempionlar Liqasında 1/8 finalın cütləri belə olub:
PSJ (Fransa) - “Liverpul” (İngiltərə);
“Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə);
“Real” (İspaniya) - “Atletiko” (İspaniya);
PSV (Niderland) - “Arsenal” (İngiltərə);
“Benfika” (Portuqaliya) - “Barselona” (İspaniya);
“Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya);
“Bavariya” (Almaniya) - “Bayer 04” (Almaniya);
“Feyenoord” (Niderland) - “İnter” (İtaliya).
Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 4-5-də və 11-12-də keçiriləcək.