
Fövqəladə Hallar Nazirliyi yolların buz bağlaması ilə bağlı piyadalara müraciət ünvanlayıb.
Yeniavaz.com xəbər verir ki, həmin müraciətdə yollar buz bağlayan zaman piyadaların etməli olduqları ilə bağlı bəzi tövsiyələr yer alıb.
Həmin tövsiyələri təqdim edirik:
- ayaqqabını sürüşməyə qarşı hazırlayın - ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;
- ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;
- yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;
- sürüşsəniz, zərbənin gücünü azaltmaq ücün oturun;
- yıxılanda özünüzü toparlayın, qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;
- sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.