
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində “Qalatasaray” Niderlandın “AZ Alkmaar” komandasını qəbul edib.
Yeniavaz.com xəbər verir ki, qarşılaşma 2-2 hesabı ilə başa çatıb, lakin “AZ Alkmaar” ilk oyunda 4-1 hesabı ilə qalib gələrək 6-3 hesablı üstünlüyə sahib olub.
Bununla da, ümumi hesabda 6-3 geri qalan “Qalatasaray” UEFA Avropa Liqası ilə vidalaşıb.