Üç Avropa nəhəngi Arda Güləri transfer etmək istəyir


Üç Avropa nəhəngi “Real Madrid” klubunun və Türkiyə millisinin ulduz futbolçusu Arda Gülərlə maraqlanır.
Yeniavaz.com
“Fichajes.com” portalına istinadla xəbər verir ki, bunlar Almaniyanın “Bavariya”, İngiltərnin “Liverpul” və “Mançester Yunayted” komandalarıdır.
Hər üç Avropa nəhənginin yay transfer dövründə hərəkətə keçməyə hazır olduğu bildirilir.
Bu mövsüm nadir hallarda meydana çıxan 19 yaşlı oyunçunun özü də “kral klubu”ndan ayrılmaq, daha çox oynaya biləcəyi komandaya keçmək istəyir.
Digər tərəfdən, “Sport.es” poratlının məlumatına görə, Arda Gülər qarşıdan gələn 2026 Dünya Çempionatı ilə əlaqədar gələn il daha çox oyun vaxtı əldə etmək istəyir. 19 yaşlı ulduzun bu səbəbdən mövsümün sonunda icarəyə çıxmaq istədiyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl İspaniya mətbuatı “Paris Saint-Germain” klubunun da Arda Gülərlə maraqlandığını bildirmiş, fransız klubunun baş məşqçisi Luis Enrikenin milli futbolçu ilə əlaqə saxlayaraq, transfer məsələsini müzakirə etdiyini xəbər vermişdi.
Xatırladaq ki, Arda Gülər ​​bu mövsüm “Real Madrid”in heyətində 27 oyun keçirib, 967 dəqiqə meydanda olub. 19 yaşlı futbolçu bu oyunlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalına görə, Arda Gülərin hazırkı bazar dəyəri 45 milyon avrodur və onun “Real Madrid”lə müqaviləsi 2029-cu ilə qədərdir.

DİGƏR XƏBƏRLƏR

Top