
Qızıl fyuçerslərinin qiyməti yeni tarixi maksimuma çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti bir troy unsiyası üçün 2 970 dolları keçib.
Belə ki, Bakı vaxtı ilə saat 11:37-yə olan məlumata görə, qızılın qiyməti 1,26% artaraq, 1 troy unsiyası üçün 2973 dollar təşkil edib.
Bakı vaxtı ilə saat12:07-də isə qızılın qiymətinin artımı yazvaşlayaraq, bir unsiya üçün 2971,6 dollar (+1,21%) olub.