Misirdə yeni firon məqbərəsi aşkar edildi – Son 100 ildə ilk dəfə…


Misir-Britaniya birgə ekspedisiyası Misirdə son 100 ildə ilk dəfə firon məzarını aşkar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, bu, Misirdə 18-ci sülalənin fironlarının son məqbərəsidir.
II Tutmosa məxsus olan bu məqbərədə göy yazılar, sarı ulduzlar və dini mətnlər olan qalıqlar aşkar edilib. O, Qədim Misirdə bir neçə hakim qadından biri olan Hatşepsutun həyat yoldaşı olub.
Məzarın kimliyi üzərində Tutmos və Hatşepsutun adlarının həkk olunduğu qablar vasitəsilə müəyyən edilib.

DİGƏR XƏBƏRLƏR

Top