“Real” “Siti”ni yenə məğlub etdi, PSJ-dən 7 qollu qələbə – ÇL


İspaniya çempionu və Çempionlar Liqasının sonuncu qalibi “Real Madrid” turnirin 1/8 final mərhələsinə yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, “Kral klubu” cavab matçında İngiltərə çempionu “Mançester Siti”ni 3:1 hesabı ilə məğlub edib.
Fransız hücumçu Kilian Mbappe het-trikə imza atıb.
Xatırladaq ki, Madrid təmsilçiləri İngiltərədə də 3:2 hesabı ilə qalib gəlmişdi.
1/8 finalda “Real Madrid”in rəqibi ya “Atletiko Madrid”, ya da Almaniya çempionu “Bayer Leverkuzen” olacaq.
Fransa çempionu PSJ isə Fransanın “Brest” klubunu 7:0 hesabı ilə məğlub edib. İlk oyunda da Paris təmsilçisi rəqibin qapısından 3 cavabsız top keçirmişdi.
1/16 finalda PSJ ya İngiltərənin “Liverpul”u, ya da Kataloniya “Barselona”sı ilə mübarizə aparacaq.
Ötən gecə, həmçinin Turin “Yuventus”u səfərdə Hollandiyanın “PSV Eyndhoven” klubuna 3:1 məğlub olub və Çempionlar Lİqası ilə vidalaşıb. İlk oyun İtaliya təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə başa çatmışdı.

DİGƏR XƏBƏRLƏR

Top