
“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem 2 oyunluq cəzalandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının intizam komitəsi qərar verib.
Qeyd edək ki, “Osasuna” - “Real Madrid” matçının baş hakimi Xose Munuera Montero futbolçuya kobud sözlər dediyinə görə qırmızı vərəqə göstərib. Matçdan sonra “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti və futbolçunun özü Cudun hakimə qarşı təhqiramiz ifadələr işlətdiyini təkzib ediblər.