Ceff Bezos həbs oluna bilər – Uşaqlara bıçaq satılıb


““Amazon”un qurucusu, milyarder Ceff Bezos kimi onlayn pərakəndə satıcılar 18 yaşdan kiçiklərə qanunsuz bıçaq satdıqlarına görə həbs oluna bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Telegraph” (DT) Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, internet sahibkarları Leyboristlər hökumətinin yeni qanunvericilik tədbirləri çərçivəsində “uşaqlara bıçaq satışına icazə versələr, iki ilə qədər həbs cəzası gözləyir”.
Bildirilib ki, mətbəx bıçaqlarının satışına da aid olan qanunvericilik dəyişiklikləri, 2024-cü ildə Ruandadan olan immiqrant 17 yaşlı Aksel Rudakubana tərəfindən üç qızın öldürülməsi ilə əlaqələndirilir. Qeyd edilib ki, o, “Amazon”da şəxsiyyət vəsiqəsini saxtalaşdırdıqdan sonra qətl silahı olan bıçaq alıb. Cinayətkar şəxsi məlumatlarını şifrələyən və istifadə etdiyi internet ünvanını gizlədən proqram təminatı vasitəsilə onlayn mağazanın iki addımlı şəxsiyyət yoxlamasından yan keçib.

DİGƏR XƏBƏRLƏR

Top