
Türkiyənin məşhur “Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar” serialı ölkənin Radio və Televiziya Şurası (RTÜK) tərəfindən cəzalandırılıb.
Yeniavaz.com xəbər verir ki, RTÜK “Şakir Paşa Ailesi” serialının cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunmasına zidd olduğunu bildirib.
Seriala üç faiz cərimə və 3 həftəlik yayımı dayandırmaq cəzası verilib.
Qeyd edək ki, serialda Halikarnaslı Balıqçı Cevat Şakir Kabaağaçlı, müasir rəssamlıq ustası Fahrünnisa Zeid, ilk türk oyma rəssamı Aliye Berger və ilk türk keramika rəssamı Füreya Koral kimi mühüm Osmanlı paşa ailəsinin üzvlərinin həyatından bəhs edilir.