
Amerikalı iş adamı, milyarder İlon Mask 2026-cı ilin noyabrında Marsa süni intellektə malik robotlar göndərməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, o bu barədə öz “X” hesabında məlumat yayıb.
Mask qeyd edib ki, missiya “SpaceX”in “Starship” super ağır raketləri ilə həyata keçiriləcək və robotlar “xAI” tərəfindən hazırlanmış “Grok AI” tərəfindən idarə olunacaq.
İlon Mask həmçnin “Grok”un üçüncü versiyasını “Yer üzündəki ən ağıllı süni intellekt” adlandırıb.
Missiyanın təfərrüatları hələ açıqlanmasa da, güman etmək olar ki, robotlar Marsı kəşf etmək və gələcək müstəmləkəçiliyə hazırlamaq üçün bir sıra tapşırıqlar yerinə yetirəcəklər.
Robotlar planet haqqında dəyərli məlumatlar verərək torpaq nümunələrini toplaya, atmosferi təhlil edə və digər elmi tədqiqatlar apara biləcəklər.
Avtonom robotların Marsda infrastruktur qurmağa başlayacaqları da istisna edilmir.
Missiya “SpaceX”ə Marsa uzunmüddətli səyahət üçün lazım olan texnologiyaların sınaqdan keçirilməsinə imkan verəcək.