
Gürcüstan və Azərbaycan arasında bu il mayın 1-dən dəmir yolu ilə sərnişindaşıma bərpa ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən məsələ Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Gürcüstanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin görüşü zamanı müzakirə olunub.