
“Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması Kiyevin suveren hüququdur, çünki bu, hərbi deyil, iqtisadi birləşmədir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.
“Bu, hər hansı bir ölkənin suveren hüququdur. Söhbət inteqrasiyadan, iqtisadi proseslərdən gedir və burada, əlbəttə, heç kim heç bir ölkəyə heç nə diktə edə bilməz. Biz bunu etməyəcəyik”, - deyə Peskov qeyd edib.
“Ancaq biz təhlükəsizlik, müdafiə və ya hərbi ittifaqlarla bağlı məsələlərdə tamamilə fərqli mövqeyə malikik. Orada məsələ başqadır və bu, hamıya məlumdur”, - Kreml nümayəndəsi əlavə edib.