“Papanın səhhətində mürəkkəb klinik vəziyyət yaranıb” – Vatikan


Roma Papası Fransisk “Cemelli” xəstəxanasına yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC Müqəddəs Taxt-Tacın rəsmi bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, 88 yaşlı pontifik fevralın 14-də bronxit xəstəliyinə tutulub və xəstəxanaya yerləşdirilib:
“Fevralın 17-də onun vəziyyəti pisləşib, tənəffüs yollarının polimikrob infeksiyası diaqnozu qoyulub və bu, mürəkkəb klinik vəziyyəti həll etmək üçün onun müalicəsinin dəyişdirilməsini tələb edib”.
Vatikanın bəyanatında deyilir ki, Papa Fransisk lazım olduğu qədər xəstəxanada qalacaq.

DİGƏR XƏBƏRLƏR

Top