Keyt Uinslet rejissorluqda debüt etməyə hazırlaşır


Aktrisa Keyt Uinslet “Netflix” üçün "Əlvida, Cun" filminin rejissoru və prodüseri olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.
Film Hollivud ulduzunun rejissorluq debütü olacaq. Ekran işi "çətin şəraitdə bir araya gələn bir-birindən fərqli bacı-qardaş” barədə olacaq. nu izləyir. Hadisə müasir İngiltərədə cərəyan edəcək.
Bildirilib ki, filmdə baş rolu Uinslet canlandıracaq. Rollarda həmçinin Toni Kollet, Conni Flinn, Andrea Rayzboro, Timoti Spoll və Helen Mirren var.
Filmin ssenarisini Uinsletin 21 yaşlı oğlu Co Alfi Uinslet Mendes yazıb. Filmin çəkilişləri 2025-ci ilin sonunda Böyük Britaniyada başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top