
1988-ci ildə paytaxt Bakıda baş tutan “Meydan hərəkatı”nın əsas aparıcılarından biri Nemət Pənahlının avtomobili hərraca çıxarılır.
Yeniavaz.com xəbər verir ki, müsadirə olunan 2010-cu il istehsalı “Toyota Land-Cruiser” avtomobilinin ilkin satış qiyməti 42 000 manat müəyyən edilib.
Qeyd edək ki, hərrac 28 fevral 2025-ci il tarixində saat 11:00-da Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Murad Məmmədov