
Alman avtomobil istehsalçısı “Volkswagen”in istehsalı 2030-cu ilə qədər işçilərin işdən çıxarılmasının və zavodların bağlanmasının qarşısını alan kompromis əsasında azalacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, VW Qrupunun maliyyə direktoru Arno Antlits şirkətin yalnız rəqabət qabiliyyətli zavodlara sərmayə qoyacağını və şirtkətin istehsal gücünü iki dəfə azaldacağını bildirib.
Şirkətin bəzi zavodları, o cümlədən Tsvikkau və Drezden zavodları, istehsal xətlərini açıq saxlamaq üçün xərclərini 20% azaltmalı olacaq.
Ümumilikdə “Volkswagen” istehsalını 1,5 milyon avtomobildən 750 000 avtomobilə qədər azaldacaq.
“Volkswagen” 2030-cu ilə qədər istehsal xətlərini açıq saxlamağı və işçiləri işlə təmin etməyi planlaşdırır.
Lakin Alman avtomobil istehsalçısı hələ də könüllü təqaüdlər və könüllü ixtisarlar hesabına 35 000 iş yerini ixtisar edəcəyini istisna etmir.