
“Sumqayıt şəhərinin 40-cı Məhəllə adlanan ərazisində yerləşən 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika Şöbəsinin qarşısı poliklinikadan çox maşın bazarını xatırladır”.
Bunu Yeniavaz.com-a müraciət edən bir qrup Sumqayıt sakini deyib.
Onlardan Osmanov Aqil bildirir ki, poliklina ərazisinə qanunsuz daxil olan avtomobillərin əlindən təngə gəliblər:
“Poliklinaka ərazisinin bir hissəsini poliklinaknın həkimləri zəbt edərək şəsi avtomobillərini saxlayırlar. Digər hissəsini isə yoldan keçən sürücülər özləri üçün “parkovka” yerinə çevriblər. Poliklinanın 2 girişindən birində maneə baryeri (şlaqbaum) olsa da, digər girişindəki maneə naməlum şəxslər tərəfndən sökülüb. Buna görə də istənilən sürücü poliklinika ərazisinə daxil olur, hətta qapının ağzında maşınlarını rahat park edə bilirlər. Bu da poliklinkaya gələn sakinlərin təhlükəsizliyinə ciddi maneə yaradır. Poliklinikanın rəhbərliyi o avtomobilləri niyə görmür?”


Sakinlər poliklinikanın digər girişindən sökülmüş maneənin bərpa olunması üçün tədbir görülməsini, eləcə də sözügedən ərazinin yanlız xəstə yaxınları üçün açıq olmasını tələb edirlər.


TƏBİB-dən Yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirib ki, sözügedən ərazi Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 1 nömrəli Şəhər Xəstəxanasının ərazisi xaricindədir:
“Sumqayıt Tibb Mərkəzinin orada avtomobillərin parklanması, şlaqbaum qoyulması və sonradan sökülməsi kimi məsələlərlə əlaqədar hər hansı öhdəliyi yoxdur və məsuliyyət daşımır”.
Murad Məmmədov