Navalnının adına mükafat təsis olundu


Rusiyalı mərhum müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya mərhum həyat yoldaşının adına mükafat təsis edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə fevralın 16-da Berlindəki Kayzer Vilhelmin memorial kilsəsində Navalnının xatirəsinə həsr olunmuş gecədə bildirib.
Navalnayanın sözlərinə görə, mükafat hər il iyunun 4-də, Aleksey Navalnının doğum günündə təqdim olunacaq.
Mükafat “ən parlaq kütləvi təşəbbüsləri” irəli sürən gənc siyasətçilərə veriləcək.
Mükafat ilk dəfə 2025-ci ildə verilə bilər.
“Mənə elə gəlir ki, biz onlara (kütləvi təşəbbüslərə) diqqət yetirməyi dayandırmışıq. Hər il iyunun 4-də, Alekseyin ad günündə mən bu mükafatı təqdim etmək istəyirəm”, - Navalnaya qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top