BAFTA ilin “ən yaxşıları”nı elan etdi


Britaniya Kino və Televiziya İncəsənət Akademiyası (BAFTA) amerikalı Mayki Medison və Edrian Broudini ötən ilin ən yaxşı aktyorları adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, 25 yaşlı Medison rejissor Şon Beykerin çəkdiyi “Anora” dramında oynadığı rola görə ən yaxşı qadın rolu üzrə qalib olub. Filmdə o, rus oliqarxının oğlu ilə evlənən Bruklinli qadın obrazını canlandırıb.
Bu kateqoriyada BAFTA mükafatına həmçinin Demi Mur (“Substansiya”), Sirşa Ronan (“Otlaq”), Sinthya Erivo (“Qəzəbli: Qərb Cadugərinin Nağılı”), Karla Qaskon (“Emiliya Peres”) və Mariann Jan-Batist (“Sərt həqiqət”) namizəd olublar.
51 yaşlı Broudi isə bu mükafatı daha əvvəl “Brutalist” filmində oynadığı macar memar Laslo Tot obrazına görə qazanıb.
Mükafata həmçinin Timoti Şalame (“Bob Dilan: Naməlum”), Ralf Fayns (“Konklav”), Sebastian Sten (“Tələbə: Trampın yüksəlişi”), Hyu Qrant (“Azğın”) və Kolman Dominq (“Sinq Sinq”) namizəd olub.
“İlin ən yaxşı filmi” nominasiyasında “British Academy Awards” mükafatını rejissor Edvard Bergerin “Konklav” dramı qazanıb.
Ən yaxşı film adı uğrunda nominasiyada “Konklav”la “Anora”, “Brutalist”, “Mükəmməl Yad” və “Emiliya Peres” filmləri yarışıb.
Bergerin filmi daha üç kateqoriyada da qalib olub: “Ən yaxşı Britaniya filmi”, “Ən yaxşı uyğunlaşdırılmış ssenari” və “Ən yaxşı montaj”.

DİGƏR XƏBƏRLƏR

Top