
HƏMAS hərəkatı Fələstin Azadlıq Təşkilatına məktub göndərərək, Qəzza zolağını Fələstin Milli Administrasiyasının (PNA) və hökumət komitəsinin nəzarətinə verməyə hazır olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.
Eyni zamanda HƏMAS şərt irəli sürüb ki, Qəzza rəsmiləri yeni administrasiyada işlə təmin olunmalı, işdən çıxarılacağı təqdirdə isə maaş almağa davam etməlidir.
Bildirilir ki, təşkilat bu qərarı öz nümayəndə heyətinin Qahirədə apardığı danışıqlardan sonra Misirin güclü təzyiqi altında qəbul edib.