
Ümumdünya Köhnə Möminlər Ittifaqının rəhbəri Leonid Sevastyanov Ukraynadakı münaqişənin həlli ilə bağlı Roma Papası Fransisk ilə dialoqunun təfərrüatlarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, pontifik hesab edir ki, Avropa sülh prosesinin effektiv iştirakçısına çevrilmək üçün Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri sərtləşdirməməli, əksinə yumşaltmalıdır.
“Papa əmindir ki, Avropanı danışıqlara cəlb etmək üçün Moskvaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyaların, Rusiya rəsmilərinə qoyulan məhdudiyyətlərin, o cümlədən Rusiya Prezident Putinin həbsinə dair orderin geri götürülməsinə başlamaq lazımdır”, - Sevastyanov bildirib.
O, Roma Papasının hava nəqliyyatının bərpasının da vacib şərtlərdən biri olduğunu qeyd edib.
Agentliyin mənbəsinə görə, Fransisk, həmçinin “kollektiv məsuliyyətə” son qoymağın tərəfdarıdır: sanksiyalar “qara siyahılar”dakı insanların qohumlarına şamil edilməməlidir, çünki “övlad atasına görə məsuliyyət daşımır”.
Bundan əlavə, Sevastyanov bildirib ki, xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, papanın vəziyyəti stabildir, lakin o, müşahidə üçün daha bir neçə gün xəstəxanada qalacaq.