
Ötən il Azərbaycan İrandan ümumi dəyəri 2 milyon 328,3 min dollar olan 4 min 214,1 ton xiyar idxal edib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, İrandan idxal olunan 1 kiloqram xiyarın orta gömrük dəyəri 55 sent (94 qəpik) olub.
Müqayisə üçün qeyd edək ki, əvvəlki illə müqayisədə İrandan xiyar idxalı 26% və ya 870 ton artıb.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycan Rusiyaya 2 milyon 733,4 min dollar dəyərində 2 min 676,6 ton xiyar ixrac edir. Rusiyaya satılan xiyarın 1 kiloqram xiyarın orta gömrük dəyəri 1 dollar (1,7 manat) olub. Əvvəlki illə müqayisədə Rusiyaya satılan xiyarın miqdarı 24% və ya 837 ton, gömrük dəyəri isə 18% və ya 22 sent (37 qəpik) azalıb.
Elnur Əli