
Xəbər verildiyimiz kimi, Dövləti Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin siyahısını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, ən böyük vergi ödəyicisi olan 100 şirkətin arasında ölkənin aparıcı market şəbəkələri də var.
Qeyd edək ki, market şəbəkələri arasında ən çox vergi ödəyən “Araz Supermarket” MMC olub. “Araz Supermarket” ötən il dövlət büdcəsinə 36,7 milyon manat köçürüb və ən çox vergi ödəyən 100 şirkət arasınad 33-cü yerdə qərarlaşıb.
Ən çox vergi ödəyən market şəbəkələrini təqdim edirik:
33. "ARAZ SUPERMARKET" MMC – 36,7 milyon manat
56. "OBA MARKET" MMC – 23,5 milyon manat
57. "AL MARKET" MMC – 23,2 milyon manat
61. "AZƏRBAYCAN SUPERMARKET" (BRAVO) MMC – 20,8 milyon manat
83. "GRAND-MART" MMC – 13,6 milyon manat
Elnur Əli