
Türkiyənin “Beşiktaş” futbol klubunun prezidenti Serdal Adalı Moskva “Spartak”ının portuqaliyalı yarımmüdafiəçi Qedson Fernandeşi almaq təklifini rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Karakartal” portalı məlumat yayıb .
Daha əvvəl jurnalist Tuğba Hacıbayramoğlu xəbər vermişdi ki, “Spartak” Fernandeşə illik 4 milyon avro maaş, “Beşiktaş”a isə 25 milyon avro transfer məbləği təklif edib.
Yarımmüdafiəçi Rusiya klubuna keçməyə razılıq versə də, transferlə bağlı son qərarı Türkiyə komandasının prezidentinin verəcəyi gözlənilirdi.
Qeyd edək ki, 26 yaşlı Fernandeş 2022-ci ilin yayından “Beşiktaş”da çıxış edir. Komandanın heyətində futbolçu müxtəlif turnirlərdə 114 oyun keçirib, 14 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçu karyerası ərzində Portuqaliyanın “Benfika”, İngiltərənin “Tottenhem”, Türkiyənin “Qalatasaray” və “Rizəspor” klublarında da çıxış edib. Yarımmüdafiəçi Portuqaliya millisinin heyətində iki oyuna çıxıb, bir məhsuldar ötürmə edib.