
Ukrayna Prezidenti Volodimir Zelenskiyə ukraynaca danışmağa icazə verilməyib.
Yeniavaz.com xəbər verir ki, hadisə Münhen Konfransında baş verib.
O, açılış nitqindən sonra ingilis dilində moderator Kristian Amanpura müraciət edib:
“Ukraynaca danışa bilərəm?”
Moderator mənfi cavab verəndə Zelenski gülərək deyib:
“Yaxşı. Mənə təzyiq etməyin”.
Daha sonra Amanpur tamaşaçılara çevrilərək, Zelenskiyə sual vermək istəyib-istəmədiyini soruşub.