Şimali Koreyada “Tottenhem” oyunları nümayiş etdirilməyəcək


Şimali Koreya Cənubi Koreyalı futbolçuların iştirak etdiyi futbol matçlarının yayımını rəsmən qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu səbəbdən İngiltərə Premyer Liqasında çıxış edən “Tottenhem”in oyunları da nümayiş etdirilməyəcək.
Belə ki, Cənubi Koreyalı Son Hın Min 2015-ci ildən klubun oyunçusudur.
32 yaşlı hücumçu Premyer Liqa klubunda 441 oyun keçirib, 172 qol vurub və London komandasının kapitanı olub.
Britaniyanın “Daily Mail” və “The Mirror” nəşrlərinin məlumatına görə, Şimali Koreyada əsas turnirlərin bütün futbol oyunları qeyri-qanuni və dörd ay gecikmə ilə göstərilir. Oyunlar redaktə edilir, onların müddəti 90 dəqiqədən 60 dəqiqəyə endirilir.

DİGƏR XƏBƏRLƏR

Top