
“Instagram” sosial şəbəkəsi fotolara, videolara və “Reel”larda şərhlərdə “bəyənməmə”ləri (“dislike”) sınamağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TechCrunch” ilə söhbətində platformanın baş direktoru Adam Mosseri danışıb.
Bildirilib ki, instaqramda “bəyənməmək” “bəyənmə”nin solunda yerləşir və aşağıya doğru yönəlmiş oxa bənzəyir. Şərh nə qədər çox bəyənilməsə, ümumi lentdə bir o qədər aşağı düşəcək. Sosial şəbəkə şərhləri “bəyənmə” və “bəyənməmə”yə görə sıralayacaq ki, mənfi mesajlar daha az göstərilsin.
Qeyd edilib ki, “bəyənməmə”lər tamamilə anonimdir. İstifadəçilər və şərh müəllifi mesajın nə qədər “bəyənilmə”diyini görməyəcək.
Yeni funksiyanın bütün istifadəçilərə təqdim edilib-edilməyəcəyi hələlik bəlli deyil. Yekun qərar test nəticələrindən və istifadəçilərin yeniliyi nə dərəcədə müsbət qəbul etməsindən asılı olacaq.