
“Peşəkar Tennisçilər Assosiasiyası” reytinq cədvəlinin lideri, italiyalı Yannik Sinner antidopinq qaydalarını pozduğuna görə 3 aylıq diskvalifikasiya edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, diskvalifikasiya mayın 4-də başa çatacaq. Tennisçi aprelin 13-də məşqlərə qayıda biləcək.
WADA qeyd edib ki, Sinner antidopinq qaydalarını pozmaq niyyətində olmayıb, bu, onun komandasının üzvlərinin səhlənkarlığı ucbatından baş verib. Həmçinin agentliyin məlumatına görə, qadağan olunmuş dərman idmançıya performansını yaxşılaşdırmaq üçün heç bir fayda verməyib.