
Yaponiyanın “Honda Motor” və “Nissan Motor” şirkətləri danışıqları rəsmən bağlayıb və bir-biri ilə birləşməkdən imtina ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə drom.ru məlumat yayıb.
Bildirilib ki, konsernlərin rəhbərləri həddən artıq fikir ayrılığı ilə üzləşiblər. “Honda” “Nissan”ı özünə tabe etmək istəyirdi, lakin “Nissan” törəmə şirkət olmaq istəməyib.
Qeyd edilib ki, “Nissan Motor”un mövqeyi indi “Honda” ilə məsləhətləşmələr başlamazdan əvvəl olduğundan daha təhlükəlidir. “Nissan” 2018-ci ilin sonunda Karlos Qon konsernin rəhbərliyindən və “Renault-Nissan-Mitsubishi” alyansından uzaqlaşdırıldıqdan sonra bir neçə ildir böhran içində olub.
Danışıqların bağlanmasına baxmayaraq, iki şirkət elektromobillərin və intellektual sistemlərin inkişafı sahəsində əməkdaşlığı davam etdirəcək.