
Amerikalı yüngül atlet Qrant Fişer ABŞ-də keçirilən turnirdə dünya rekordu vurub.
Yeniavaz.com xəbər verir ki, o, qapalı məkanda keçirilən turnirdə 5000 metr məsafəyə qaçış üzrə rekorda imza atıb.
Fişer məsafəni 12 dəqiqə 44,09 saniyəyə qət edib.
Əvvəlki dünya rekordu 2004-cü ilin fevralında efiopiyalı Kenenisa Bekele 5000 metr məsafəni 12 dəqiqə 49,60 saniyəyə qaçarkən qeydə alınıb.
Fişer həmçinin fevralın 9-da qapalı məkanda 3000 metr məsafəyə qaçış üzrə dünya rekordunu təzələyib. O, məsafəni 7 dəqiqə 22,91 saniyəyə qət edib. Beləliklə, Fişer 9,7 dəqiqə 23,81 saniyə ilə 2023-cü ilin fevralından efiopiyalı Lameçe Girmaya məxsus olan dünya rekordunu üstələyib.
Qeyd edək ki, Fişerin 27 yaşı var. O, 5000 və 10000 metr məsafəyə qaçışda Paris Olimpiadasının bürünc mükafatçısıdır.