“Avropanın öz silahlı qüvvələrinə ehtiyacı var” – Zelenski


Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında çıxış edib.
Yeniavaz.com
xəbər verir ki, Zelenski çıxışında Ukrayna, mümkün sülh danışıqları və ümumilikdə Avropadakı vəziyyətlə bağlı fikirlərini təqdim edib.
“ABŞ Rusiya ilə dialoq mühiti hazırlayır, lakin biz Ukrayna ilə bağlı bizsiz əldə edilən sülh razılaşmasını qəbul etməyəcəyik”, - Zelenski deyib.
O, Kiyevin real təhlükəsizlik zəmanəti olmadan atəşkəslə razılaşmayacağını bildirib.
Zelenski həmçinin, Avropa dövlət və hökumət başçılarını öz maraqlarına uyğun hərəkət etməyə və öz silahlı qüvvələrini yaratmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top