“Mançester Yunayted” Alvaresi almaq istəyir – 150 milyon avro təklif edəcək


İngiltərənin “Mançester Yunayted” klubu yay transfer pəncərəsində “Atletiko Madrid”in 25 yaşlı hücumçu Xulian Alvaresi transfer etmək istəyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “OK Diario” məlumat yayıb.
Məlumata görə, “Mançester Yunayted” bunun üçün “Atletiko Madrid”ə 150 milyon avro təklif edəcək.
Qeyd edək ki, hücumçu keçən yay “Mançester Siti”dən “Atletiko Madrid”ə keçib.
Alvares bu mövsüm bütün turnirlərdə 36 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top