“Telegram” istifadəçiləri hədiyyələrə 30 dəqiqə ərzində 1 milyon dollardan çox pul xərclədi


““Telegram” messencerinin istifadəçiləri “Sevgililər Günü” hədiyyələrinin yenilənmiş seçimi üçün 6 dəqiqə ərzində 400 000 dollar xərcləyiblər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə messencerin həmtəsisçisi Pavel Durov ingilisdilli kanalında məlumat yayıb.
Bundan bir saat öncə o, doqquz hədiyyənin satışa çıxarıldığını elan edib.
“Bütün kolleksiya 6 dəqiqə ərzində satıldı. İnsanlar 2000 ürəyin hər biri üçün 200 dollardan çox pul ödəyiblər”, - Durov yazıb.
Teleqramın həmtəsisçisi əlavə edib ki, hər biri təxminən 50 dollar dəyərində kolleksiyaya çevrilən 15 000 qənimət çantası da 24 dəqiqə ərzində, ümumilikdə 750 000 dollara satılıb.

DİGƏR XƏBƏRLƏR

Top