“Porsche” kütləvi ixtisarlara hazırlaşır – Səbəblər


“Porsche” növbəti beş il ərzində 1900 işçini ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi açıqlamada deyilib.
Bildirilib ki, “Porsche” bu addımı elektromobillərə tələbatın zəifləməsi və çətin geosiyasi və iqtisadi şərait fonunda atmağa məcburdur.
İşdən çıxarılmalardan ilk təsirlənənlər Zuffenhauzen və Vaysax zavodlarında çalışan işçilər olacaq – 2029-cu ilə qədər işçi qüvvəsi 15 faiz (təxminən 1900 nəfər) azalacaq. Onlara kompensasiya paketləri və erkən təqaüdə çıxmaq üçün stimullar vəd edilib. Eyni zamanda “Porsche” 2030-cu ilə qədər Almaniyadakı bütün işçilər üçün əmək zəmanəti müqavilələrini saxlayacağını vəd edir. Beləliklə, bu müddət başa çatana qədər işçilərin işdən çıxarılması yalnız könüllü olaraq həyata keçirilə bilər. İşçilərin ixtisarı ilə yanaşı, avtomobil istehsalçısı yeni kadrların işə götürülməsini məhdudlaşdırmaq niyyətindədir.
Qeyd edək ki, 2024-cü ildə “Porsche”nin qlobal satışları 3 faiz azalaraq 310 718 avtomobilə, Çində isə 2023-cü illə müqayisədə 38 faiz azalıb. Digər ölkələr üzrə inkişaf olub: Avropa səkkiz faiz, Almaniya 11 faiz, Şimali Amerika bir faiz, inkişaf etməkdə olan ölkələrdə isə altı faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top