“Mən yalnız bir rusiyalı ilə görüşəcəyəm – Putinlə” – Zelenski


Fevralın 14-də Münhen Təhlükəsizlik Konfransında çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski sülh danışıqları çərçivəsində yalnız bir rusiyalı - Vladimir Putinlə görüşəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, lakin o əlavə edib ki, bu, yalnız Tramp, Avropa ilə ortaq plan olduqdan sonra baş verəcək.
Ölkə başçısının sözlərinə görə, bundan sonra Putin və Zelenski oturub müharibəni dayandıracaqlar:
“Münhendə ruslarla görüşmək niyyətində deyiləm. Avropa ilə ABŞ arasında birliyi itirməmək vacibdir. Biz və Avropa olmadan razılaşma əldə etmək çox yaxşı fikir deyil”.
Zelenski həmçinin qeyd edib ki, o, Donald Trampın komandası ilə birgə plan hazırlamaq, o cümlədən Vladimir Putinə təzyiqi davam etdirmək üçün istənilən gün Vaşinqtona getməyə hazırdır.
 

DİGƏR XƏBƏRLƏR

Top