Ermənistan Azərbaycanın qaldırdığı iş üzrə iddia ərizəsini alıb


Ermənistan Azərbaycan tərəfindən qaldırılan arbitraj işi üzrə iddia ərizəsini alıb.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyinin Ofisi məlumat yayıb.
Məlumata görə, iddia 1979-cu il “Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi Konvensiyası”na (“Bern Konvensiyası”) əsaslanaraq fevralın 12-də qaldırılıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi məlumat vermişdi ki, Bakı Ermənistana qarşı Haaqa Daimi Arbitraj Məhkəməsinə müraciət edərək, ətraf mühitə dəyən ziyana görə təzminat tələbi ilə çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top