Ceyranbatan su anbarına kanalizasiya suları axıdılır? – Video


Abşeron rayonunun Güzdək qəsəbəsində kanalizasiya sularının Ceyranbatan su anbarına axıdıldığı iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.
Kadrları lentə alan şəxsin iddiasına görə, kanalizasiya suları Ceyranbatan su anbarına axıdılıb.
Görüntülərdə Ceyranbatan su anbarının sözügedən axıntının yaxınlığında olduğu müşahidə edilir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə “Qafqazinfo”ya həmin suların Ceyranbatan gölünə tökülmədiyi bildirilirb:
“Güzdəkdə tullantı su şəbəkəsi olmayan ərazidə məskunlaşmış sakinlərin istifadə etdiyi sular və qrunt suları ətrafa axır. Tullantı sulları açıq kanalla hərəkət edir və süni göl yaranır. Hazırda əhalinin həmin ərazidə sıx məskunlaşması tullantı sularının həcmini artırıb və göl daşıb.Həmin suların Ceyranbatan gölünə tökülməsi iddiası kökündən yanlışdır və absurddur. Hazırda kanal bağlanıb, axıntının qarşısı alınır”.

DİGƏR XƏBƏRLƏR

Top