
Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək.
Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.